Zelenski: Ukraynada Rusiyaya uzaqmənzilli zərbələr üçün yeni komandanlıq yaradılıb
Ukrayna Silahlı Qüvvələrinin tərkibində Rusiya ərazisinə uzaqmənzilli zərbələri koordinasiya edəcək yeni Komandanlıq yaradılıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə açıqlama verib.
Volodimir Zelenski bildirib ki, yeni yaradılan Uzaqmənzilli Təsir Komandanlığı Rusiyanın hərbi potensialını daha ciddi şəkildə zəiflətmək məqsədilə mövcud bütün resursları bir mərkəzdə cəmləşdirəcək.
"Bu komandanlıq mövcud resursların 100 faizini Rusiyanın hərbi potensialını daha da əhəmiyyətli dərəcədə azaltmağa yönəltməlidir", – deyə Ukrayna Prezidenti vurğulayıb.
Zelenski yeni komandanlığa kimin rəhbərlik edəcəyini açıqlamayıb. O, yalnız bildirib ki, bu vəzifəyə "güclü və maksimum dərəcədə təcrübəli" şəxs təyin olunacaq.
10:01 11.07.2026
Oxunuş sayı: 63