Rusiya: Gecə ərzində 178 Ukrayna PUA-sı məhv edilib
Rusiya ərazisi üzərində gecə saatlarında 178 Ukrayna pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, iyulun 10-u saat 20:00-dan iyulun 11-i saat 08:00-dək növbətçi hava hücumundan müdafiə qüvvələri təyyarə tipli 178 Ukrayna PUA-sını aşkar edərək məhv edib.
Məlumata görə, pilotsuz uçuş aparatları Kaluqa, Bryansk, Rostov, Smolensk və Tver vilayətləri, Moskva regionu, Krasnodar diyarı, Krım, Adıgey Respublikası, həmçinin Azov və Qara dəniz akvatoriyaları üzərində vurulub.
Nazirlik həmçinin qeyd edib ki, iyulun 10-da saat 08:00-dan 20:00-dək olan 12 saat ərzində də Rusiya ərazisi üzərində 144 Ukrayna PUA-sı məhv edilib. Həmin pilotsuz aparatların Belqorod, Bryansk, Kaluqa, Rostov, Smolensk, Tver və Tula vilayətləri, Moskva regionu, Krasnodar diyarı, Krım və Qara dəniz akvatoriyası üzərində vurulduğu bildirilib.
10:24 11.07.2026
Oxunuş sayı: 60