Ermənistan Fransa hərbi attaşesini medalla təltif etdi
Ermənistan Müdafiə Nazirliyi ölkədəki diplomatik missiyasını başa vuran Fransanın hərbi attaşesi, polkovnik-leytenant Arno Ellini müdafiə sahəsində əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə təltif edib.
Crossmedia.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Məlumata görə, Ermənistanın müdafiə nazirinin müavini Arman Sarqsyan Fransanın hərbi attaşesi, polkovnik-leytenant Arno Elli ilə görüş keçirib.
Görüş zamanı Arman Sarqsyan Arno Elliyə ölkədəki diplomatik missiyasının başa çatması münasibətilə "Hərbi əməkdaşlığa görə" medalı təqdim edib.
Bildirilib ki, təltif Fransa ilə Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə verilib.
09:44 11.07.2026
Oxunuş sayı: 45