Rusiya MN Ukraynaya hücumlarla bağlı məlumat yayıb
İyunun 11-nə keçən gecə Ukrayna ərazisinə uzaqmənzilli yüksək dəqiqlikli silahlar və zərbə tipli pilotsuz uçuş aparatları ilə qrup halında hücumlar həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, hücum nəticəsində Kiyevdə pilotsuz uçuş aparatlarının istehsalı və saxlanılması ilə məşğul olan hərbi-sənaye müəssisələri vurulub.
Bildirilib ki, eyni zamanda Odessa vilayətinin Odessa, Çornomorsk və İzmail limanlarının infrastrukturu da hədəfə alınıb.
09:39 11.07.2026
Oxunuş sayı: 56