İsveçrə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır
İsveçrə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə növbəti danışıqlar raundunun keçirilməsi üçün platforma təqdim etməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə İsveçrənin Xarici İşlər Nazirliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib.
Nazirlikdən verilən məlumata görə, İsveçrə Ukraynada ədalətli və davamlı sülhə nail olunmasına xidmət edən bütün təşəbbüsləri dəstəkləyir.
İsveçrə XİN vurğulayıb ki, qurum bütün tərəflərlə əlaqələri davam etdirir və sülh yolunun tapılmasına yardım göstərmək məqsədilə mütəmadi olaraq öz vasitəçilik xidmətlərini təklif edir.
Rəsmi Bern danışıqların təşkili ilə bağlı konkret tarix və ya format barədə əlavə məlumat açıqlamayıb.
09:14 11.07.2026
Oxunuş sayı: 63