Pakistan İranla bağlı mövqeyini elan etdi
Pakistan Baş Nazirliyinin məlumatına görə, Baş nazir Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianı İslamabadın mövcud vəziyyətdə bitərəf və ədalətli mövqedən çıxış etməyə davam edəcəyinə əmin edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Şərif bildirib ki, Pakistan regional məsələlərin həllində balanslı yanaşmanı qoruyacaq və öz rolunu ədalətli şəkildə davam etdirəcək.
23:44 10.07.2026
Oxunuş sayı: 57