FIFA Venesueladakı zəlzələ qurbanlarına 1 milyon dollar yardım ayıracaq
FIFA Venesuelada baş verən güclü zəlzələlərdən zərər çəkənlərə dəstək məqsədilə 1 milyon dollar ianə edəcəyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qeyd edək ki, iyunun 24-də Venesuelada iki güclü zəlzələ baş verib. Hadisə nəticəsində ölənlərin sayının 3800 nəfəri keçdiyi bildirilib. Yardım və bərpa işlərinin davam etdiyi qeyd olunur.
23:20 10.07.2026
Oxunuş sayı: 50