Fidan Ərdoğanın tapşırığı ilə Ukraynaya səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, yaxın vaxtlarda Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Ukraynaya səfər etməyi planlaşdırır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Fidan qeyd edib ki, səfər zamanı Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli perspektivləri müzakirə olunacaq.
Türkiyə XİN rəhbəri danışıqların əsas mövzularından birinin münaqişənin diplomatik yolla nizamlanması imkanları olacağını vurğulayıb.
22:56 10.07.2026
Oxunuş sayı: 51