Almaniyada 10 illik hərbi fəaliyyət başa çatır
Almaniyanın Müdafiə Nazirliyi İraq Kürdüstanının Ərbil şəhərində yerləşən hərbi düşərgənin ləğv edilməsi barədə qərar qəbul edib.
Crossmedia.az xəbər verir ki, ˝Der Spiegel˝ nəşrinin məlumatına görə, bu addım ABŞ hərbi kontingentinin beynəlxalq bazadan çıxarılması ilə əlaqədardır. Nəticədə Almaniya hərbçiləri Patriot hava hücumundan müdafiə sistemlərinin təmin etdiyi qorunmadan məhrum olacaqlar.
Baza bağlansa da, Almaniyanın hərbi məsləhətçiləri bölgəni tamamilə tərk etməyəcək. Onların daha təhlükəsiz məkana – Almaniyanın baş konsulluğunun binasına köçürüləcəyi bildirilir.
Qeyd edək ki, Almaniya hərbçiləri 2015-ci ildən Ərbildə fəaliyyət göstərirdi. Onların əsas vəzifəsi İslam Dövləti terror təşkilatına qarşı mübarizə aparan kürd təhlükəsizlik qüvvələrinə təlim keçmək olub.
20:32 10.07.2026
Oxunuş sayı: 53