2 min dollarlıq dron 3,5 milyonluq avadanlığı məhv edir- Reuters
Rusiya Ukraynanın elektrik yarımstansiyalarını qorumaq üçün qurulan beton müdafiə konstruksiyalarını ucuz fiber-optik FPV dronları ilə hədəfə alır.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Reuters˝ məlumat yayıb.
Bildirilib ki, bu tip pilotsuz uçuş aparatları radioelektron mübarizə vasitələrinin təsirinə məruz qalmır və transformatorların üzərində quraşdırılmış beton mühafizə qurğularının içinə daxil ola bilir. İnformasiya Dayanıqlılığı Mərkəzi təşkilatının araşdırmaçısı Coşua Skrivenin sözlərinə görə, əvvəlcə bir dron qoruyucu tor örtüyündə dəlik açır, daha sonra isə ikinci dron həmin dəlikdən keçərək hədəfi vurur.
Məlumata əsasən, may ayından etibarən bu dronlar yarımstansiyalardakı əsas avadanlıqlardan olan avtotransformatorlara zərbələr endirmək üçün istifadə edilir. 330 kV-luq yarımstansiyada bir avtotransformatorun dəyəri təxminən 3,5 milyon ABŞ dolları olduğu halda, fiber-optik FPV dronunun qiyməti cəmi 2 min dollar civarındadır.
Ekspert hesab edir ki, bu hücumlar Rusiyanın Ukraynanın ayrı-ayrı regionlarını vahid enerji sistemindən təcrid etmək və sonradan həmin ərazilərdəki elektrik stansiyalarını sıradan çıxarmaq strategiyasının tərkib hissəsi ola bilər.
18:20 10.07.2026
Oxunuş sayı: 40