Sergey Lavrov Burundiyə səfər edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Burundiyə işgüzar səfər çərçivəsində ölkənin paytaxtı Bujumburaya gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Burundi Sergey Lavrovun Afrika ölkələrinə işgüzar turunun sonuncu dayanacağıdır.
Rusiya XİN başçısı bundan əvvəl Efiopiya, Niger və Mozambikdə rəsmi səfərlərdə olub.
Səfər çərçivəsində Lavrovun Burundi rəhbərliyi ilə ikitərəfli münasibətlər, regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.
17:51 10.07.2026
Oxunuş sayı: 50