Çin təkrar istifadə oluna bilən raket texnologiyasında tarixi uğura imza atıb
Çin raketin birinci mərhələsinin dəniz platformasına idarəolunan şəkildə qaytarılması üzrə ilk uğurlu sınağını həyata keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Məlumata görə, raketin birinci mərhələsi əvvəlcədən müəyyən edilmiş dəniz platformasına uğurla endirilib.
"Xinhua" bu sınağın Çinin təkrar istifadə oluna bilən raket texnologiyalarının inkişafında "tarixi irəliləyiş" olduğunu bildirib.
Qeyd olunur ki, bu texnologiya gələcək kosmik uçuşların maya dəyərinin azaldılması və raket sistemlərinin daha səmərəli istifadəsi baxımından mühüm əhəmiyyət daşıyır.
17:47 10.07.2026
Oxunuş sayı: 48