"The Rolling Stones" yeni albomunu təqdim edib
Britaniyanın məşhur rok qrupu "The Rolling Stones" 25-ci studiya albomu olan "Foreign Tongues"u təqdim edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Official Charts Company məlumat yayıb.
Məlumata görə, "Foreign Tongues" albomu 14 mahnıdan ibarətdir və ümumi müddəti 1 saat 2 dəqiqədir.
Official Charts Company albom barədə yazıb ki, "The Rolling Stones" növbəti dəfə ən yaxşı bacardığı işi görərək özünəməxsus üslubunu, enerjisini və böyük stadionlara xas rok-n-roll ruhunu nümayiş etdirir.
Bu albom qrupun yaradıcılığında 25-ci studiya işi kimi tarixə düşüb.
03:34 10.07.2026
Oxunuş sayı: 26