Təyyarədə dəhşətli hadisə: Sərnişin pəncərədən bayıra sovuruldu
"Ryanair" aviaşirkətinə məxsus Salonikidən Memmingenə uçan təyyarədə uçuş zamanı sərnişin salonunun pəncərəsi yerindən çıxıb.
Crossmedia.az xəbər verir ki, hadisə nəticəsində bir sərnişin qismən təyyarədən bayıra sovrulsa da, digər sərnişinlər onu geri çəkə biliblər.
Məlumata görə, insident uçuş zamanı baş verib. Təyyarədə olan sərnişinlər hadisəyə operativ müdaxilə edərək zərərçəkəni salona qaytarıblar.
Bundan sonra pilot təyyarəni geri döndərərək hava limanına eniş edib. Təyyarə təhlükəsiz şəkildə yerə enib.
Hadisə nəticəsində bir sərnişinə tibbi yardım göstərilib. Hadisənin səbəbləri araşdırılır.
17:57 10.07.2026
Oxunuş sayı: 50