"Volkswagen" model sırasını iki dəfə azaldır – 100 min iş yeri risk altındadır
Almaniyanın "Volkswagen" avtomobil konserni istehsal etdiyi modellərin sayını demək olar ki, iki dəfə azaltmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Şirkət bildirir ki, qərarın məqsədi xərcləri azaltmaq və Çin avtomobil istehsalçılarının artan rəqabəti fonunda bazardakı mövqeyini gücləndirməkdir.
Qərar direktorlar şurasının iclasından sonra qəbul edilib. "Volkswagen" rəhbərliyi optimallaşdırmanın daxiliyanma mühərrikli avtomobillərdən elektromobillərə qlobal keçidə uyğunlaşmaq üçün zəruri olduğunu vurğulayıb. Şirkətin fikrincə, bu transformasiya dünya avtomobil sənayesini ciddi şəkildə dəyişdirib və Çin istehsalçılarının mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib.
Konsern islahatların əməkdaşlara necə təsir göstərəcəyini açıqlamayıb. Bununla belə, işçilər arasında kütləvi ixtisarlar və zavodların bağlanacağı ilə bağlı narahatlıq artır.
02:24 11.07.2026
Oxunuş sayı: 48