İyunda qlobal neft tədarükü 4,1 milyon barel artıb
İyun ayında dünya üzrə gündəlik neft tədarükü 4,1 milyon barel artaraq sutkada 98,8 milyon barelə çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında bildirilib.
Hesabata əsasən, qlobal neft təklifindəki artımın əsas hissəsi OPEC+ ölkələrinin payına düşüb. Alyans iştirakçıları gündəlik tədarükü 2,5 milyon barel artıraraq ümumi artımın yarıdan çoxunu təmin ediblər.
Səudiyyə Ərəbistanı və Küveyt iyunun ikinci yarısında Hörmüz boğazında gəmiçiliyin mərhələli şəkildə bərpası fonunda neft ixracını əhəmiyyətli dərəcədə artıraraq əsas artım mənbələri olublar.
Qalan 1,6 milyon barellik gündəlik artım isə OPEC-ə daxil olmayan ölkələr tərəfindən təmin edilib. Hesabatda qeyd olunur ki, bu ölkələr də qlobal neft təklifinin genişlənməsinə mühüm töhfə veriblər.
16:34 10.07.2026
Oxunuş sayı: 49