Yunanıstan ABŞ Konqresində Türkiyəyə F-35 satışına qarşı çıxıb
Yunanıstanın müdafiə naziri Nikos Dendias Afinada ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşdə Türkiyənin "F-35" qırıcıları alması ehtimalı ilə bağlı narahatlığını ifadə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Nikos Dendias görüş zamanı Türkiyəyə "F-35" qırıcılarının mümkün satışı və bunun regional təhlükəsizliyə təsiri ilə bağlı Yunanıstanın mövqeyini ABŞ Konqresi nümayəndələrinin diqqətinə çatdırıb.
Yunanıstanın müdafiə naziri bu addımın regionda təhlükəsizlik balansına mənfi təsir göstərə biləcəyini bildirib.
Görüş zamanı tərəflər regional təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
15:57 10.07.2026
Oxunuş sayı: 49