Peskov: Rusiya ilə Türkiyə arasında "S-400" mövzusunda təmaslar davam edəcək
Rusiya ilə Türkiyə arasında "S-400" zenit-raket kompleksləri ilə bağlı təmaslar olub və bu danışıqlar davam etdiriləcək.
Crossmedia.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Moskva ilə Ankara arasında "S-400" sistemi ilə bağlı müzakirələr aparılıb və tərəflər bu istiqamətdə əlaqələri gələcəkdə də davam etdirməyi planlaşdırırlar.
Kremlin sözçüsü danışıqların məzmunu və mümkün razılaşmalar barədə əlavə təfərrüat açıqlamayıb.
15:47 10.07.2026
Oxunuş sayı: 43