İrakli Kobaxidze: ATƏT Gürcüstan cəmiyyətinin etimadını itirir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT Parlament Assambleyasının Gürcüstanı tənqid edən bəyannaməsinin təşkilata olan etimadı azaltdığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
İrakli Kobaxidzenin sözlərinə görə, qəbul edilən sənəd nəticəsində Gürcüstan cəmiyyətinin təkcə ATƏT Parlament Assambleyasına deyil, ümumilikdə ATƏTə olan etimadı zəifləyir.
"Təəssüf ki, belə sənədlər səbəbindən Gürcüstan cəmiyyətinin həm ATƏT Parlament Assambleyasına, həm də bütövlükdə ATƏT-ə etimadı azalır. Bu, çox təəssüf doğurur. Görürük ki, ATƏT Parlament Assambleyası ABŞ Konqresinin üzvü Co Uilsonun səviyyəsinə enib. Bu, çox faciəvi haldır. Əlbəttə, biz bundan müvafiq nəticələr çıxaracağıq", – deyə Baş nazir bildirib.
15:09 10.07.2026
Oxunuş sayı: 51