Koçaryan: Alen Simonyanın deputat mandatından imtina etməsi təəssüf doğurur
Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Koçaryan Alen Simonyanın deputat mandatını götürməyəcək olmasından təəssüfləndiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Aysor" məlumat yayıb.
Jurnalistlərə açıqlama verən Andranik Koçaryan bildirib ki, növbədənkənar parlament seçkilərindən sonra Milli Assambleyanın sədri seçilən Alen Simonyan üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.
"Bir məsələ aydındır ki, cənab Simonyan Milli Assambleyanın sədri kimi ona həvalə olunan vəzifələrin öhdəsindən uğurla gəlib", – deyə Koçaryan bildirib.
Öz gələcək planları ilə bağlı suala cavab verən hakim "Vətəndaş Müqaviləsi" Partiyasının deputatı mandatını qəbul edəcəyini söyləyib.
"Əgər başqa təkliflər olarsa, yalnız bundan sonra hansı yolu seçəcəyimizi nəzərdən keçirə bilərik", – deyə Andranik Koçaryan əlavə edib.
14:50 10.07.2026
Oxunuş sayı: 50