KİV: İspaniyada serjant Rusiya ilə əlaqələrinə görə məxfi məlumatlara çıxış hüququnu itirib
İspaniya kəşfiyyat orqanları Hərbi Dəniz Qüvvələrinin serjantını rusiyalı qadınla evliliyini və Rusiya vətəndaşlığı aldığını gizlətdiyi üçün məxfi məlumatlara çıxış hüququndan məhrum edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "El País" qəzeti məlumat yayıb.
Məlumata görə, serjant İspaniya silahlı münaqişədə Rusiyaya qarşı iştirak edəcəyi təqdirdə döyüş əməliyyatlarında iştirak etməməyi xahiş edəcəyini bildirib.
Nəşrin yazdığına görə, İspaniyanın Milli Məhkəmə Kollegiyası bu faktları nəzərə alaraq hərbçinin ölkəyə sadiqliyi ilə bağlı şübhələrin yarandığı qənaətinə gəlib.
Hadisə ilə bağlı İspaniya Müdafiə Nazirliyi və digər rəsmi qurumlar hələlik əlavə açıqlama verməyiblər.
14:23 10.07.2026
Oxunuş sayı: 42