Rusiya Ukraynanın həftə ərzindəki itkilərini açıqlayıb
Rusiya Müdafiə Nazirliyi son bir həftə ərzində cəbhədə baş verən hadisələr və Ukrayna Silahlı Qüvvələrinin itkiləri ilə bağlı məlumat yayıb. Crossmedia.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki:
- Rusiya qoşunları bir həftə ərzində 7 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib, onların arasında Konstantinovka da var;
- Qara Dəniz Donanmasının qüvvələri həftə ərzində 6 pilotsuz kater məhv edib;
- Rusiya tərəfinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Krasnı Liman istiqamətində 110-dan çox hərbçi itirib;
- "Mərkəz" qoşun qruplaşmasının məsuliyyət zonasında Ukrayna ordusunun itkilərinin 2 290 nəfərdən çox olduğu bildirilib;
- Rusiya hava hücumundan müdafiə vasitələrinin 10 ədəd "Flamingo", 3 ədəd "Neptun-MD" raketi və 4 975 pilotsuz uçuş aparatını məhv etdiyi iddia olunub;
- "Cənub" qoşun qruplaşmasının məsuliyyət zonasında Ukrayna itkilərinin 1 300-dən çox olduğu qeyd edilib;
- "Dnepr" istiqamətində 410-dan çox, "Şərq" istiqamətində 3 060-dan çox, "Şimal" istiqamətində 1 380-dən çox, "Qərb" istiqamətində isə 1 490-dan çox Ukrayna hərbçisinin itki verdiyi bildirilib.
Qeyd edək ki, tərəflərin müharibə ilə bağlı açıqladığı itki və əməliyyat məlumatları müstəqil mənbələr tərəfindən tam təsdiqlənmir.
14:15 10.07.2026
Oxunuş sayı: 51