ASELSAN-a 1,5 milyard avroluq hava hücumundan müdafiə sistemləri sifarişi verilib
Türkiyənin müdafiə sənayesi şirkəti "ASELSAN" hava hücumundan müdafiə sistemlərinin istehsalı üzrə təxminən 1,5 milyard avro dəyərində yeni sifariş alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.
Məlumata görə, sifariş hava hücumundan müdafiə sistemlərinin istehsalı və tədarükünü əhatə edir.
Layihənin icra müddəti və sifarişi verən tərəf barədə əlavə məlumat açıqlanmayıb. Şirkət sifarişin Türkiyənin müdafiə sənayesinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
14:11 10.07.2026
Oxunuş sayı: 52