Zelenski: Hazırda ədalətli sülh üçün imkan pəncərəsi yaranıb
Hazırda ədalətli sülhə nail olmaq üçün əlverişli şərait formalaşıb.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenskinin sözlərinə görə, Ukrayna həm döyüş meydanında, həm də hava məkanında mövqelərini gücləndirib və Rusiya artıq cəbhədə əvvəlki üstünlüyə malik deyil.
Ukrayna Prezidenti qeyd edib ki, bu qiymətləndirməni ölkənin beynəlxalq tərəfdaşları da bölüşür.
09:57 10.07.2026
Oxunuş sayı: 52