KİV: Böyük Britaniyada əlillik müavinətlərinin məhdudlaşdırılması planlaşdırılır
Böyük Britaniyada əlillik üzrə müavinətlərin verilməsi qaydalarının sərtləşdirilməsi və ödənişlərin məhdudlaşdırılması nəzərdən keçirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Məlumata görə, hökumət əsas əlillik müavinəti olan "PIP" ("Personal Independence Payment") üzrə ödənişlərin azaldılmasını müzakirə edir. Buna səbəb pandemiyanın başlanğıcından bəri bu müavinəti alanların sayının iki dəfə artaraq 4 milyona çatması göstərilir.
İslahat tərəfdarları hesab edirlər ki, müavinət almaq üçün müraciətlərin qiymətləndirilməsi meyarları daha ciddi şəkildə dəyişdirilməlidir.
Təkliflərin nə vaxt qüvvəyə minəcəyi və hansı kateqoriyalara şamil olunacağı barədə hələlik yekun qərar açıqlanmayıb.
10:16 10.07.2026
Oxunuş sayı: 59