CNN: İsrail yaxın günlərdə Livanın işğal olunmuş ərazilərinin bir hissəsini geri qaytaracaq
İsrail yaxın günlərdə Livanın nəzarətinə işğal altında saxladığı ərazilərin bir hissəsini qaytarmağa hazırlaşır.
Crossmedia.az xəbər verir ki, CNN məlumat yayıb.
Məlumata görə, hazırda İsrailin nəzarətində olan ilk "pilot zona" bir neçə gün ərzində Livana təhvil veriləcək. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bu prosesin irəliləməsi üçün hər iki tərəflə işlədiyi bildirilib.
Qeyd olunub ki, Vaşinqton yaxın vaxtlarda beynəlxalq tərəfdaşlarla əlaqə saxlayaraq Livan hökumətinə həmin ərazilərdə və ölkə üzrə suveren nəzarətin bərpasına dəstək verməyi planlaşdırır.
08:15 10.07.2026
Oxunuş sayı: 47