Zaxarova: Zelenskinin nüvə silahı ilə bağlı açıqlamaları NATO sammitində dəstək tapmadı
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevin nüvə silahına malik olması ilə bağlı açıqlamalarını tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Zaxarova iddia edib ki, Zelenski Ukraynanın nüvə silahına sahib olması ilə bağlı fikirlər səsləndirməklə NATO ölkələrini şantaj etməyə cəhd göstərib.
Onun sözlərinə görə, NATO sammitinin iştirakçıları Zelenskinin bu bəyanatlarına və " şikayətlərinə məhəl qoymayıblar.
07:38 10.07.2026
Oxunuş sayı: 53