İranda bütün mülki uçuşlar dayandırıldı
İranın hava məkanında mülki aviasiya uçuşları dayandırılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, sərnişin təyyarələri İran hava məkanını tərk edib və ölkə üzərində yalnız hərbi uçuşların qaldığı bildirilir.
Hadisənin səbəbləri və hava məkanının nə vaxt açılacağı ilə bağlı rəsmi açıqlama verilməyib.
00:24 10.07.2026
Oxunuş sayı: 56