İran İraq Kürdüstanı sərhədinə minlərlə xüsusi təyinatlı qüvvə cəmləşdirib
İranın İraq Kürdüstanı ilə sərhəd bölgəsinə minlərlə xüsusi təyinatlı hərbçi yerləşdirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, İran təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə İraq Kürdüstanı ilə sərhəd xəttinə əlavə xüsusi təyinatlı qüvvələr göndərib.
Qüvvələrin yerləşdirilməsinin səbəbləri və əməliyyatın miqyası barədə hələlik rəsmi açıqlama verilməyib. İran rəsmiləri məlumatı təsdiqləməyiblər.
17:39 09.07.2026
Oxunuş sayı: 50