İran bir gecədə 10 milyon barel neft ixrac edib
İran mümkün dəniz blokadasının yenidən tətbiq ediləcəyi ehtimalını nəzərə alaraq son bir sutkada təxminən 10 milyon barel neft ixrac edib.
Crossmedia.az xəbər verir ki, bu barədə TankerTrackers məlumat yayıb.
Məlumata görə, Tehran mümkün məhdudiyyətlər fonunda ixracı sürətləndirərək ötən gecə rekord həcmdə neft göndərişi həyata keçirib.
Hələlik İran rəsmiləri TankerTrackers-in yaydığı məlumatı rəsmi şəkildə təsdiqləməyiblər. Həmçinin ixracın hansı istiqamətlərə həyata keçirildiyi barədə də ətraflı məlumat açıqlanmayıb.
16:47 09.07.2026
Oxunuş sayı: 65