Qərbi Avropada iyun ayı üzrə temperatur rekordu qeydə alınıb
Qərbi Avropada bu ilin iyun ayında orta temperatur tarixi maksimuma çataraq 20,74 dərəcə selsi olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Copernicus proqramının məlumatında bildirilir.
Məlumata görə, bu göstərici 1991–2020-ci illər üzrə iyun ayının orta temperaturundan 3 dərəcədən çox yüksəkdir və cəmi bir il əvvəl qeydə alınmış əvvəlki rekordu da geridə qoyub.
Avropa Orta Mənzilli Hava Proqnozları Mərkəzinin eksperti Samanta Bercess bildirib ki, bu nəticə "getdikcə daha intensiv istilik dalğalarının, davamlı isti okean sularının və insanlar, ekosistemlər, eləcə də infrastruktur üçün artan risklərin" göstəricisidir.
17:56 09.07.2026
Oxunuş sayı: 53