Paşinyan: "Araratsement" dövlətin mülkiyyətinə keçəcək
Ermənistanda "Araratsement" zavodu ətrafında gərginlik davam edir. Baş nazir Nikol Paşinyan müəssisənin yaxın vaxtlarda dövlətin mülkiyyətinə keçəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Paşinyanın sözlərinə görə, iş adamı Qaqik Tsarukyana məxsus "Araratsement" zavodu dövlətin nəzarətinə veriləcək.
Baş nazir zavod ətrafında keçirilən etiraz aksiyalarının sifarişli xarakter daşıdığına eyham vuraraq vətəndaşları bu proseslərin iştirakçısı olmamağa çağırıb.
"Bəli, əslində onlara hədə-qorxu gəlirəm", – deyə Paşinyan bildirib.
Xatırladaq ki, daha əvvəl zavodun əməkdaşları etiraz aksiyası keçirərək hökumətin müəssisəyə müvəqqəti idarəçi təyin etmək niyyətinə etiraz etmişdilər. Onlar bildiriblər ki, belə bir qərar veriləcəyi təqdirdə istehsal prosesi dayanmalı və işçilər bundan zərər çəkməməlidir.
16:05 09.07.2026
Oxunuş sayı: 45