İran İordaniyadakı ABŞ hərbi bazasına doğru ballistik raketlər buraxıb
İranın İordaniya istiqamətində ballistik raketlər buraxdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, raket zərbələrinin hədəfi İordaniyada yerləşən və ABŞ hərbçilərinin dislokasiya olunduğu Müvəffəq əl-Salti aviabazasıdır.
Hadisənin nəticələri, eləcə də dağıntı və itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Rəsmi Tehran və Vaşinqton məsələ ilə bağlı hələlik açıqlama verməyib.
15:56 09.07.2026
Oxunuş sayı: 58