Türkiyə Yunanıstanın Baş nazirinə cavab verib
Türkiyənin Milli Müdafiə Nazirliyi NATO sammitində Türkiyəni "açıq müharibə təhdidi" adlandıran Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin bəyanatına münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında deyilir.
Açıqlamada tərəflər gərginliyi artıra biləcək ritorikadan çəkinməyə çağırılıb.
"Türkiyə Silahlı Qüvvələri ona təhlükə yaratmayan heç kim üçün təhlükə deyil", – deyə nazirlik vurğulayıb.
Bununla yanaşı, Türkiyə Milli Müdafiə Nazirliyi ABŞ Prezidenti Donald Trampın son açıqlamalarını müsbət qiymətləndirdiyini bildirib və ABŞ-nin CAATSA sanksiyalarını ləğv edəcəyinə ümid etdiyini bir daha ifadə edib.
16:16 09.07.2026
Oxunuş sayı: 59