Ukrayna bu payız ballistik raket sınaqlarına başlaya bilər
Ukrayna 2026-cı ilin payızında öz istehsalı olan ballistik raketi Rusiya ərazisindəki hədəflərə qarşı sınaqdan keçirə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə sənayesi şirkəti "Fire Point"in həmtəsisçisi və baş konstruktoru Denis Ştilerman bildirib.
Ştilermanın sözlərinə görə, layihənin uçuş sınaqlarına başlaması üçün yalnız mühərrik sınaqlarının yekunlaşdırılması qalıb.
O qeyd edib ki, bu mərhələ başa çatdıqdan sonra ballistik raketin uçuş sınaqlarına başlanılması planlaşdırılır.
Baş konstruktorun sözlərinə görə, hazırkı qrafikə əsasən, ilk sınaqların 2026-cı ilin payızında keçirilməsi nəzərdə tutulur.
15:17 09.07.2026
Oxunuş sayı: 61