Dağıstanda 60 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib
Dağıstanda güclü leysan yağışları nəticəsində 60 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Nəqliyyat və Yol Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, iyulun 8-də yağan güclü leysanlar regional və bələdiyyələrarası əhəmiyyətli avtomobil yollarına ciddi ziyan vurub.
Bildirilib ki, nəqliyyat əlaqəsində problemlər respublikanın 12 rayonunda qeydə alınıb.
Hazırda Ağul rayonunda 1, Axvax rayonunda 3, Qunib rayonunda 6, Daxadayev rayonunda 6, Kaytaq rayonunda 3, Lak rayonunda 4, Tlyarata rayonunda 7 və Çaroda rayonunda 30 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.
Aidiyyəti qurumlar yolların bərpası istiqamətində işlərin davam etdirildiyini bildiriblər.
15:14 09.07.2026
Oxunuş sayı: 47