Zelenski: Ukrayna PAC-3 raketləri alacaq
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin "Patriot" zenit-raket kompleksləri üçün PAC-3 raketləri alacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Zelenski bildirib ki, Ukraynaya PAC-3 raketlərindən ibarət paket veriləcək.
"Ukrayna indi PAC-3 raketləri paketini alacaq. Bunun nə vaxt baş verəcəyini deməyəcəyəm, amma bu barədə razılıq əldə etmişik", – deyə o bildirib.
Ukrayna prezidenti daha əvvəl Ankarada keçirilən NATO sammiti çərçivəsində ABŞ senatoru Lindsi Qremlə görüşdüyünü xatırladıb.
Zelenskinin sözlərinə görə, görüş zamanı o, ABŞ senatorunu Ukraynada "Patriot" sistemləri üçün raket çatışmazlığı barədə məlumatlandırıb.
13:54 09.07.2026
Oxunuş sayı: 63