ABŞ-də 16 uşağın yaşadığı evlə bağlı yeni faktlar üzə çıxıb
ABŞ-nin Hamden kəndində antisanitar şəraitdə yaşayan 16 uşağın aşkarlandığı ailə ilə bağlı istintaq zamanı yeni təfərrüatlar məlum olub.
Crossmedia.az xəbər verir ki, "WOWK" bu barədə məlumat yayıb.
Məlumata görə, uşaqların anası Elizabet Sayders 2022-ci ildə vaxtından əvvəl bitişik əkiz qız uşaqları dünyaya gətirib. Körpələr hamiləliyin 24-cü həftəsində doğulduqları üçün həkimlərin səylərinə baxmayaraq sağ qalmayıblar.
İstintaqın məlumatına əsasən, evdə 1,5 yaşdan 18 yaşadək 16 uşaq aşkar edilib. Onların arasında üç cüt əkiz də olub. Bildirilir ki, uşaqlar uzun illər məktəbə getməyib, bəziləri isə danışa belə bilməyib.
Hüquq-mühafizə orqanları hesab edir ki, ailədə daha çox uşağın olmuş ola biləcəyi ehtimalı araşdırılır.
Məlumata görə, Elizabet Sayders və həyat yoldaşı Qəri Sayders 2008-ci ildə evləniblər. Həmin vaxt Qərinin 18, Elizabetin isə 15 yaşı olub. Cütlüyün ilk övladı nikahdan iki ay sonra dünyaya gəlib.
Ailənin qohumu Ronni Fletçer bildirib ki, onların evdə bu qədər uşağın yaşamasından xəbərləri olmayıb. Onun sözlərinə görə, illər əvvəl yalnız iki və ya üç uşağı görüb.
Hadisə ilə bağlı istintaq davam edir. Hazırda Elizabet və Qəri Saydersin evdə tapılan bütün uşaqların bioloji valideynləri olub-olmadığı dəqiqləşdirilir.
13:00 09.07.2026
Oxunuş sayı: 57