İran Böyük Britaniya səfirini XİN-ə çağırdı
İran Böyük Britaniya rəsmilərinin Tehrana yönəlmiş təhlükəsizlik ittihamlarına etiraz olaraq bu ölkənin Tehrandakı səfiri Hüqo Şorteri Xarici İşlər Nazirliyinə çağırıb.
Crossmedia.az xəbər verir ki, "Mehr" agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa Baş İdarəsinin rəhbəri Əlirza Yusifi Böyük Britaniya səfirinə rəsmi etiraz notası təqdim edib.
İran tərəfi Londonun İranın Böyük Britaniyada təhlükəsizliyi hədəf alan fəaliyyətlər planlaşdırdığına dair iddialarını "əsassız və həqiqətə uyğun olmayan" ittihamlar adlandırıb.
Tehran bu açıqlamaların Böyük Britaniyanın beynəlxalq hüquqa zidd siyasətinə, eləcə də ABŞ və İsrailə verdiyi dəstəyə yönələn tənqidlərdən yayınmaq məqsədi daşıdığını iddia edib.
İran həmçinin Böyük Britaniyanı "İran əleyhinə terror şəbəkələrinə və zorakılığı təşviq edən qruplara sığınacaq vermək və dəstək göstərməkdə" ittiham edərək, Londonu bu fəaliyyətlərə son qoymağa çağırıb.
Açıqlamada, İsrail tərəfindən maliyyələşdirildiyi və yönləndirildiyi iddia olunan bu şəbəkələrə ev sahibliyi edilməsinin Böyük Britaniyanın beynəlxalq hüquqdan irəli gələn terrorizmi dəstəkləməmək öhdəliyi ilə ziddiyyət təşkil etdiyi vurğulanıb.
12:09 09.07.2026
Oxunuş sayı: 62