KİV: NATO sammitinin qalibi Zelenski oldu
Ukrayna Prezidenti Volodimir Zelenskini Ankarada keçirilən NATO sammitinin əsas qalibidir.
Crossmedia.az xəbər verir ki, ABŞ-nin "The National Interest" nəşri bu barədə məqalə yayıb.
Nəşrin yazdığına görə, ABŞ ilə İran arasında gərginliyin artdığı bir vaxtda sammitin ən mühüm siyasi nəticəsini Kiyev əldə edib.
Məqalədə bildirilir ki, sammitin "əsl qalibi" ABŞ Prezidenti Donald Trampı Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün lisenziya hüquqlarının verilməsinə razı salan Volodimir Zelenski olub.
Nəşrin qiymətləndirməsinə görə, Trampın bu qərarı Vaşinqtonun Avropadakı müttəfiqləri ilə fikir ayrılıqlarına baxmayaraq, Ukraynanın müdafiəsinə dəstəyini gücləndirmək niyyətini nümayiş etdirir.
Məqalədə eyni zamanda Donald Trampın Yaxın Şərq siyasəti tənqid edilir və ABŞ-nin İrana endirdiyi zərbələrin qarşıya qoyulan məqsədlərə tam nail olmadığı iddia olunur.
Sonda vurğulanır ki, NATO sammitinin əsas siyasi nəticəsi ABŞ-nin Yaxın Şərqdəki addımlarından daha çox Ukraynaya dəstəyin artması olub.
12:04 09.07.2026
Oxunuş sayı: 69