Tramp: İspaniya mövqeyini dəyişdi
ABŞ Prezidenti Donald Tramp İspaniyanın Vaşinqtonun təzyiqlərindən sonra mövqeyini dəyişdiyini və böyük məbləğdə vəsait ayırmağa razılaşdığını iddia edib.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ-nin İspaniya ilə ticarəti dayandırmaq qərarından sonra Madrid geri addım atıb.
"İspaniya bu gün tamamilə mövqeyini bərpa etdi. Bu gün çox səxavətli davrandı", – deyə ABŞ prezidenti bildirib.
Onun sözlərinə görə, İspaniya böyük məbləğdə vəsait ödəməyə razılıq verib. Tramp iddia edib ki, əgər Madrid bu addımı atmasaydı, ABŞ onunla ümumiyyətlə danışıqlar aparmayacaqdı.
ABŞ prezidenti İspaniyanın hansı məqsədlə və hansı sahəyə vəsait ayırmağa razılaşdığını isə dəqiqləşdirməyib.
11:41 09.07.2026
Oxunuş sayı: 53