İran: ABŞ hücumlarında 14 nəfər ölüb
ABŞ-nin son iki gündə həyata keçirdiyi hücumlar nəticəsində 14 nəfərin həlak olub, 78 nəfər isə yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, hücumlar nəticəsində ölən və yaralananların sayı son iki gün ərzində qeydə alınıb.
Qurum hadisələrin baş verdiyi ərazilər və zərərçəkənlərin kimliyi ilə bağlı əlavə məlumat verməyib. ABŞ tərəfi isə İranın açıqladığı itkilərlə bağlı hələlik rəsmi münasibət bildirməyib.
11:30 09.07.2026
Oxunuş sayı: 50