Tramp: İran liderləri xəstədir
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyini sərt ifadələrlə tənqid edib və ölkəyə qarşı yeni zərbələr endirilməsi barədə göstəriş verdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, "The Washington Post" bu barədə məlumat yayıb.
Tramp İran rəhbərlərini "xəstə", "zorakılığa meylli", "yalançı" və "ağıllarını itirmiş insanlar" adlandıraraq, onlarla danışıqların vaxt itkisi olduğunu söyləyib.
ABŞ prezidenti bununla yanaşı, İranla danışıqların davam edə biləcəyini də istisna etməyib. O bildirib ki, bu prosesin nəticə verəcəyinə ciddi şübhə ilə yanaşır.
Tramp qeyd edib ki, özü danışıqlara vaxt sərf etmək istəmir, lakin İran istək göstərərsə, ABŞ-nin danışıqlar qrupunun Tehranla təmasları davam etdirməsinə imkan verəcək.
11:16 09.07.2026
Oxunuş sayı: 55