İran: ABŞ memorandumun şərtlərini pozub
İran ABŞ-ni birtərəfli addımlar və ölkəyə qarşı hərbi hücumlarla ikitərəfli memorandumun müddəalarını pozmaqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın Moskvadakı səfirliyinin nümayəndəsi "TASS" agentliyinə müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, Vaşinqtonun son addımları memorandumun strukturunu pozub və sənədin əsas müddəalarını faktiki olaraq qüvvədən salıb.
O qeyd edib ki, ABŞ xüsusilə memorandumun beşinci bəndində nəzərdə tutulan, Hörmüz boğazından gəmilərin təhlükəsiz keçid qaydalarının müəyyənləşdirilməsində Tehranın rolunu təsbit edən müddəanı faktiki olaraq etibarsızlaşdırıb.
09:48 09.07.2026
Oxunuş sayı: 48