Estoniya Ukraynadan uzaqmənzilli silahlar alacaq
Estoniya hərbi əməkdaşlıq çərçivəsində Ukraynadan uzaqmənzilli zərbə vasitələri və pilotsuz uçuş aparatları (PUA) almağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, "Euractiv" bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkurun açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, iyulun 7-də Ukrayna Prezidenti Volodimir Zelenski və Estoniyanın Baş naziri Kristen Mixal pilotsuz uçuş aparatlarının istehsalı sahəsində əməkdaşlığa dair saziş imzalayıblar.
Hanno Pevkur bildirib ki, razılaşma Tallinə Kiyevin mövcud ehtiyatlarından silah və hərbi texnika almaq imkanı verəcək.
Nazirin sözlərinə görə, Estoniya Müdafiə Nazirliyi artıq Ukrayna tərəfi ilə uzaqmənzilli zərbə vasitələri və PUA-ların tədarükü də daxil olmaqla bir sıra məsələləri müzakirə etməyə hazırlaşır.
O əlavə edib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov əməkdaşlıq proqramının icrasına başlamaq üçün mümkün olan ən qısa zamanda Estoniyaya səfər edəcək.
09:42 09.07.2026
Oxunuş sayı: 48