ABŞ-nin zərbələri nəticəsində Əhvaz yaxınlığında üç nəfər ölüb
ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində Əhvaz şəhəri yaxınlığında üç nəfər həlak olub.
Crossmedia.az xəbər verir ki, "Fars" agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, zərbələr zamanı yaralanan şəxslərə vaxtında tibbi yardım göstərilib və onların təxliyəsi üçün zəruri tədbirlər görülüb. Bu barədə əyalət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini bildirib.
Hadisə ilə bağlı əlavə təfərrüatlar və ölənlərin kimliyi hələlik açıqlanmayıb.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazına nəzarət imkanlarını zəiflətmək məqsədilə ölkədəki bir sıra obyektlərə əlavə zərbələr endirdiyini açıqlamışdı.
Məlumata görə, Əqqala, Bəndər-Abbas, Cask, İsfahan, Sirik və Çabahar liman şəhərlərində, həmçinin Əbu Musa adasında və Buşəhr əyalətinin bəzi bölgələrində partlayışlar qeydə alınıb. ABŞ tərəfi bu əməliyyatların İranın strateji imkanlarının məhdudlaşdırılmasına yönəldiyini bildirib.
09:19 09.07.2026
Oxunuş sayı: 58