Papuaşvili Aİ-yə namizəd ölkələr üçün yeni parlament platforması yaradılmasını təklif edib
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqına üzvlüyə namizəd ölkələrin parlament sədrləri üçün təcrübə mübadiləsi platformasının yaradılması təşəbbüsü ilə çıxış edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Papuaşvilinin sözlərinə görə, belə bir platforma namizəd ölkələrin Avropaya inteqrasiya prosesində qazandıqları həm müsbət, həm də mənfi təcrübələri bölüşməsinə imkan verəcək.
"Biz Aİ-yə namizəd ölkələrin parlament sədrlərinin Avropa inteqrasiyası ilə bağlı təcrübələrini – həm müsbət, həm də mənfi tərəflərini paylaşa biləcəkləri platformanın yaradılmasını tam dəstəkləyirik", – deyə o bildirib.
Parlament sədri qeyd edib ki, bu format çərçivəsində ölkələrin Avropa inteqrasiyası zamanı üzləşdiyi çətinliklər müzakirə oluna, parlamentlər və ixtisaslaşmış komitələr səviyyəsində birgə həll yolları hazırlanaraq əməkdaşlıq gücləndirilə bilər.
17:55 07.07.2026
Oxunuş sayı: 52