Peskovdan Trampın Rusiyaya yardım təklifinə cavab
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Rusiyaya kömək etməyə hazır olması ilə bağlı açıqlamasını şərh edib.
Crossmedia.az xəbər verir ki, Peskov bildirib ki, qarşılıqlı yardım təkliflərinin səsləndirilməsi müsbət haldır.
“Bu, həmişə çox yaxşıdır, qarşılıqlı yardım təklif olunur”, - deyə Peskov qeyd edib.
O, həmçinin Trampın Rusiyanın vəziyyətini “böyük problem” hesab etdiyini söylədiyi barədə məlumatı eşitmədiyini bildirib: “Düzünü desəm, prezidentin bunun Rusiya üçün böyük problem olduğunu düşündüyünə dair sözlərini eşitməmişəm. Məncə, belə deyilməyib. Hərçənd, səhv edə bilərəm”.
Peskov Rusiyada mövcud vəziyyətlə bağlı məlumat əldə etmək üçün Rospotrebnadzorun açıqlamalarına istinad etməyi tövsiyə edib. Onun sözlərinə görə, qurum ölkədə baş verənlərlə bağlı kifayət qədər ətraflı məlumat təqdim edir.
15:03 06.10.2026
Oxunuş sayı: 50