Kubada milli elektrik sistemi tamamilə çökdü
Kubada milli elektroenerji sistemində tammiqyaslı qəza baş verib və ölkə üzrə elektrik enerjisinin verilişi tamamilə dayanıb.
Crossmedia.az xəbər verir ki, hadisə nəticəsində ölkənin bütün milli enerji sistemi fəaliyyətini dayandırıb.
Hazırda qəzanın səbəbləri araşdırılır. Səlahiyyətli qurumlar elektrik təchizatının mərhələli şəkildə bərpası istiqamətində iş aparıldığını bildiriblər.
Elektrik kəsintisinin ölkənin müxtəlif bölgələrində nəqliyyat, rabitə və digər infrastruktur sahələrinin fəaliyyətinə təsir göstərdiyi qeyd olunur.
10:41 07.07.2026
Oxunuş sayı: 46