“Rosatom” Ermənistanda atom elektrik stansiyası tikə bilər
Rusiyanın dövlət nüvə korporasiyası “Rosatom” Ermənistanda enerji çatışmazlığının aradan qaldırılması üçün böyük və ya orta gücə malik atom elektrik stansiyasının (AES) tikintisini təklif edib.
Crossmedia.az xəbər verir ki, təklif Ermənistanın enerji tələbatının qarşılanması və ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədi daşıyır.
Məlumata görə, “Rosatom” Ermənistan tərəfinə müxtəlif gücə malik atom elektrik stansiyalarının tikintisi üzrə mümkün layihələri təqdim edib.
Təkliflə bağlı Ermənistan rəsmilərinin mövqeyi və layihənin mümkün icra müddəti barədə hələlik əlavə məlumat açıqlanmayıb.
10:13 07.07.2026
Oxunuş sayı: 57